Azərbaycanın daha iki boksçusu Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb

Azərbaycan millisinin daha iki boksçusu İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb. Zeynəb Rəhimova 1/32 finalda əlcəzairli Fatma Zohra Hadjala ilə döyüşüb. Qarşılaşma boksçumuzun qələbəsi ilə yekunlaşıb. Yığma üzvü növbəti qarşılaşmada ilk mərhələdən azad olan efiopiyalı Aqerie Bayevlə üz-üzə gələcək. Görüş martın 7-də keçiriləcək. Ümid Rüstəmov isə qələbəni vaxtından əvvəl bayram edib. O, Navvaf Alzahmiyə (BƏƏ) ilk raundda nokautla qalib gəlib. Rüstəmov 1/16 finalda keniyalı Bakari Hassanla gücünü yoxlayacaq. Görüş martın 8-də baş tutacaq. Turnirin üçüncü günündə millimizin daha 2 boksçusu rinqə çıxacaq.

url: 
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-daha-iki-boks%C3%A7usu-d%C3%BCnya-olimpiya-t%C9%99snifat-turnirind%C9%99-m%C9%99rh%C9%99l%C9%99-adlay%C4%B1b
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik