Azərbaycanın FIFA referiləri UEFA Avropa Liqasının matçlarına təyinat alıblar
Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Avropa Liqasının IV turunun matçlarına təyinat alıblar. Belə ki, Əliyar Ağayev İspaniyanın "Selta" və Belçikanın "Yunion", Elçin Məsiyev isə Belçikanın "Anderlext" və Avstriyanın "Zaltsburq" komandaları arasında keçiriləcək matçları idarə edəcəklər.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-fifa-referil%C9%99ri-uefa-avropa-liqas%C4%B1n%C4%B1n-mat%C3%A7lar%C4%B1na-t%C9%99yinat-al%C4%B1blar

