Azərbaycanın FIFA referisi növbəti dəfə UEFA-dan təyinat alıb
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb. 36 yaşlı hakim Bolqarıstanda yerli “Ludoqorets” və İsveçrənin “Servett” komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək. Fevralın 22-də gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-fifa-referisi-n%C3%B6vb%C9%99ti-d%C9%99f%C9%99-uefa-dan-t%C9%99yinat-al%C4%B1b