Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb. O, Almaniyada "Bavariya" və Danimarkanın "Kopenhagen" klublarının U-19 komandaları arasında keçiriləcək Gənclər Liqasının A qrupunun matçını idarə edəcək. Qarşılaşma noyabrın 29-da Münhendə təşkil olunacaq.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-fifa-referisi-uefa-dan-t%C9%99yinat-al%C4%B1b