Azərbaycanın gömrük postlarında gözləyən yük maşınlarının sayı 1 600-dən aşağı düşüb
Hazırda 1 126-sı “Qırmızı Körpü” gömrük postunda olmaqla, Azərbaycanın gömrük postlarında 1 542 yük maşını gözləmədədir. Buna səbəb Rusiya və Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-g%C3%B6mr%C3%BCk-postlar%C4%B1nda-g%C3%B6zl%C9%99y%C9%99n-y%C3%BCk-ma%C5%9F%C4%B1nlar%C4%B1n%C4%B1n-say%C4%B1-1-600-d%C9%99n-a%C5%9Fa%C4%9F%C4%B1-d%C3%BC%C5%9F%C3%BCb