Azərbaycanın həndbol yığması bu gün Gürcüstana yollanacaq
18 yaşadək kişi həndbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün Gürcüstana yollanacaq. Məqsəd növbəti Avropa çempionatına hazırlaşmaqdır. Milli dekabrın 12-dək Tbilisidə baş tutacaq toplanış zamanı 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Komanda Gürcüstanın U-18 və U-16 millilərinin hərəsi ilə iki dəfə üz-üzə gələcək. U-18-lər arasında Avropa çempionatı 2024-cü ilin avqustunda keçiriləcək.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-h%C9%99ndbol-y%C4%B1%C4%9Fmas%C4%B1-bu-g%C3%BCn-g%C3%BCrc%C3%BCstana-yollanacaq