" Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır"
Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib. Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxış edən Prezident İlham Əliyev belə deyib. Dövlət başçısı Azərbaycanın ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlı olduğunu bəyan edib. Prezident İlham Əliyev tarixi qələbə münasibətilə Azərbaycanı təbrik edən ECO-nun üzv dövlətlərinə təşəkkürünü də bildirib. Təşkilatın növbəti sammiti Azərbaycanda keçiriləcək.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-n%C9%99qliyyat-v%C9%99-logistika-infrastrukturu-eco-nun-%C3%BCzv-d%C3%B6vl%C9%99tl%C9%99ri-%C3%BC%C3%A7%C3%BCn-a%C3%A7%C4%B1qd%C4%B1r