Azərbaycanın səhiyyə naziri ÜST-nin Avropa üzrə Daimi Komitəsinə üzv seçilib
Danimarkanın paytaxtı Kopenhagendə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 75-ci sessiyası keçirilir. Azərbaycanı tədbirdə səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Sessiyada çıxış edən nazir qeyd edib ki, ölkəmiz ÜST-nin səhiyyə sistemlərinin transformasiyası təşəbbüslərini dəstəkləyir və süni intellektin məsuliyyətli istifadəsini vacib sayır. Teymur Musayev 2025–2028-ci illər üçün ÜST-nin Avropa üzrə Regional Komitəsinin Daimi Komitəsinə üzv seçilib. Bu, Azərbaycanın beynəlxalq səhiyyə siyasətində rolunun güclənməsinə imkan yaradacaq.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-s%C9%99hiyy%C9%99-naziri-%C3%BCst-nin-avropa-%C3%BCzr%C9%99-daimi-komit%C9%99sin%C9%99-%C3%BCzv-se%C3%A7ilib

