"Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur" XİN
Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır. XİN-dən bildirib ki, guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığı iddiası siyasi manipulyasiyanın tərkib hissəsidir. Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur. Rəsmi İrəvan həqiqətən də sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-s%C9%99kkiz-k%C9%99ndinin-geri-qaytar%C4%B1lmas%C4%B1na-dair-erm%C9%99nistan%C4%B1n-%C3%B6hd%C9%99likl%C9%99ri-m%C3%B6vcuddur