Azərbaycanın U-21 millisi yoxlama görüşündə qələbə qazanıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Latviya ilə yoldaşlıq görüşü keçirib. Qarşılaşma millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Samir Əliyevin baş məşqçisi olduğu kollektiv noyabrın 21-də Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşacaq.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-u-21-millisi-yoxlama-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCnd%C9%99-q%C9%99l%C9%99b%C9%99-qazan%C4%B1b