Azərbaycanın yenidənqurma modeli postmünaqişə ölkələri üçün nümunə ola bilər
Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri əsasında postmünaqişə ölkələri üçün nümunə ola biləcək model formalaşdırıb.Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparat rəhbərinin müavini Gülşən Rzayeva bildirib ki, Azərbaycan şəhərsalma və iqlim gündəliyini birlikdə nəzərdən keçirir.Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri təkcə infrastrukturun deyil, həm də icmaların və insanların həyatının bərpasını hədəfləyir.Azərbaycanın bu sahədəki təcrübəsi digər postmünaqişə ölkələri üçün praktik model kimi çıxış edə bilər.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-yenid%C9%99nqurma-modeli-postm%C3%BCnaqi%C5%9F%C9%99-%C3%B6lk%C9%99l%C9%99ri-%C3%BC%C3%A7%C3%BCn-n%C3%BCmun%C9%99-ola-bil%C9%99r

