Azərbaycanın yeniyetmə güləşçiləri təlim-məşq toplanışına başlayıblar
Azərbaycanın sərbəst güləş üzrə U-17 millisi növbəti təlim-məşq toplanışına start verib. Xaçmaz Olimpiya İdman Kompleksində başlayan hazırlıq prosesi martın 9-dək davam edəcək. Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda 28 güləşçi iştirak edir. Təlim-məşq toplanışı 12-14 martda Türkiyədə keçiriləcək Zəfər Kubokuna və 10-16 iyunda Finlandiyada təşkil ediləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan%C4%B1n-yeniyetm%C9%99-g%C3%BCl%C9%99%C5%9F%C3%A7il%C9%99ri-t%C9%99lim-m%C9%99%C5%9Fq-toplan%C4%B1%C5%9F%C4%B1na-ba%C5%9Flay%C4%B1blar