Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib
Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidzenin sədrliyi ilə Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçirilib.Görüşdə ticarət, investisiya, enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı müzakirə olunub. İclasın sonunda tərəflər Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasının Protokolunu imzalayıblar.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan%E2%80%93g%C3%BCrc%C3%BCstan-h%C3%B6kum%C9%99tl%C9%99raras%C4%B1-komissiyas%C4%B1n%C4%B1n-11-ci-iclas%C4%B1-ke%C3%A7irilib

