Azərbaycan çempionatına Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstan gimnastları da qatılacaq
Fevralın 15-16-da keçiriləcək batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyində 110-dək idmançı qüvvəsini sınayacaq. Yarışda millimizlə yanaşı Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstan millilərinin üzvləri də qoşulacaqlar. Turnirdə idmançılar fərdi və sinxron proqramda müxtəlif yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-%C3%A7empionat%C4%B1na-qazax%C4%B1stan-latviya-sloveniya-v%C9%99-g%C3%BCrc%C3%BCstan-gimnastlar%C4%B1-da-qat%C4%B1lacaq