Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib. Baş nazirin müavini Şahin Mustafayevin xidmətindən verilən məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır. Azərbaycan tərəfi qeyd etməyi vacib bilir ki,Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndi - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin - Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərkinin azad edilməsi məsələsi də həll olunacaq.