Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasında verilmiş tövsiyəyə uyğun olaraq, Müşavirənin Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan 2024-2026-cı illər üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sədri seçilib. Qərara əsasən, sədrliyimiz çərçivəsində ölkəmizin 2024-cü ildə AQEM Xarici İşlər Nazirləri Şurasına, 2026-cı ildə isə Dövlət və Hökumət Başçılarının Şurasına ev sahibliyi etməsi nəzərdə tutulub.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-2024-2026-c%C4%B1-ill%C9%99r-%C3%BCzr%C9%99-aqem-s%C9%99dri-se%C3%A7ilib