Azərbaycan ağırlıqqaldıranı Qran-pridə qüvvəsini sınayıb
Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-prisində çıxış edib. İdmançı B qrupunda mübarizə aparıb. O, 73 kq çəki dərəcəsində toplam 312 kq nəticə göstərib. Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Qran-pridə 70-dən çox ölkədən 382 atlet iştirak edir.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-a%C4%9F%C4%B1rl%C4%B1qqald%C4%B1ran%C4%B1-qran-prid%C9%99-q%C3%BCvv%C9%99sini-s%C4%B1nay%C4%B1b