Azərbaycan atleti beynəlxalq marafonda rekorda imza atıb
Azərbaycan atleti Anna Yusupova Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay marafonunda qüvvəsini sınayıb. Finişə 2 saat 42 dəqiqə 32 saniyəyə çatan idmançı 12-ci yeri tutub. O, mükafatçılar sırasına düşə bilməsə də, qadınlar arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekorduna imza atıb.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-atleti-beyn%C9%99lxalq-marafonda-rekorda-imza-at%C4%B1b