Azərbaycan bölgələrində 6 DOST Mərkəzi tikilir
Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST xidmətləri infrastrukturunun qurulması üzrə layihə və təmir-tikinti işləri aparılır. Bu barədə DOST Agentliyinin Müşahidə Şurasının iclasında bildirilib. Qeyd olunub ki, indiyədək ölkə üzrə 7 DOST Mərkəzi, bir sıra regional DOST filial və məntəqələri istifadəyə verilib. DOST mərkəzlərində indiyə qədər 4 milyondan çox vətəndaşa xidmət göstərilib, məmnunluq səviyyəsi isə 98,7 faizdir. Vurğulanıb ki, yaxın dövrdə Azərbaycanın bütün bölgələri DOST xidmətləri ilə əhatə olunacaq.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-b%C3%B6lg%C9%99l%C9%99rind%C9%99-6-dost-m%C9%99rk%C9%99zi-tikilir

