Azərbaycan Basketbol Liqası: “Gəncə” Cəlilabadda əzmkar qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında VII turun növbəti oyunu keçirilib. Cəlilabadda yerli komanda “Gəncə” komandası ilə qarşılaşıb. Gərgin alınan görüşdə iki əlavə vaxt oynanılıb. “Cəlilabad” 14 xallıq fərqi aradan qaldıraraq hesabda önə keçsə də, üstünlüyü əlavə vaxtın sonlarında əldən verib. Nəticədə “Gəncə” 114:108 hesablı qələbə qazanıb.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-basketbol-liqas%C4%B1-%E2%80%9Cg%C9%99nc%C9%99%E2%80%9D-c%C9%99lilabadda-%C9%99zmkar-q%C9%99l%C9%99b%C9%99-qazan%C4%B1b