Azərbaycan Basketbol Liqasında "Gəncə" növbəti qələbəsini qazanıb
Azərbaycan Basketbol Liqasında VIII turun daha bir oyunu keçirilib. Günün yeganə matçında "Gəncə" "Şəki"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 78:66 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran "Gəncə" 6-cı pillədə qərarlaşıb. 8 xala malik qonaqlar sonuncu sıradadır.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-basketbol-liqas%C4%B1nda-g%C9%99nc%C9%99-n%C3%B6vb%C9%99ti-q%C9%99l%C9%99b%C9%99sini-qazan%C4%B1b