Azərbaycan Basketbol Liqasında yarımfinal cütləri məlum olub
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin 1/4 final oyunları başa çatıb. “Neftçi” NTD-ni məğlub edərək yarımfinala yüksəlib və “Abşeron Lions”la qarşılaşacaq. Digər oyunda “Gəncə” “Ordu”ya qalib gələrək növbəti mərhələyə adlayıb və son çempion “Sabah”a rəqib olub. Qeyd edək ki, yarımfinal oyunları aprelin 22-23-də keçiriləcək.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-basketbol-liqas%C4%B1nda-yar%C4%B1mfinal-c%C3%BCtl%C9%99ri-m%C9%99lum-olub

