Azərbaycan basketbol milliləri Türkiyədə təlim-məşq toplanışına başlayıblar
16 və 18 yaşadək qadın basketbolçulardan ibarət Azərbaycan milliləri Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına başlayıblar. Komandalara türkiyəli mütəxəssis Evren Alkaya rəhbərlik edir. Basketbolçular gün ərzində iki dəfə olmaqla taktiki və fiziki məşqləri mütəmadi şəkildə davam etdirirlər. Hazırlıq prosesi martın 28-dək davam edəcək. Toplanış dönəmində bir neçə yoxlama görüşünün təşkili planlaşdırılır.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-basketbol-millil%C9%99ri-t%C3%BCrkiy%C9%99d%C9%99-t%C9%99lim-m%C9%99%C5%9Fq-toplan%C4%B1%C5%9F%C4%B1na-ba%C5%9Flay%C4%B1blar