Azərbaycan BMT-də beynəlxalq hüququn ardıcıl tətbiqinə çağırış edib
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Tale Əliyev Birləşmiş Millətlər Təşkilatı nizamnaməsi üzrə Xüsusi Komitənin 2026-cı il sessiyasında çıxış edərək beynəlxalq mübahisələrin sülh yolu ilə və beynəlxalq hüquqa uyğun həllinin vacibliyini vurğulayıb. Ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinin imperativ xarakter daşıdığını, beynəlxalq hüququn təhrif edilməsinin sülh prosesinə zərər vurduğunu bildirib.Azərbaycan tərəfi Komitədə nəticəyönümlü müzakirələrə ümid etdiyini açıqlayıb.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-bmt-d%C9%99-beyn%C9%99lxalq-h%C3%BCququn-ard%C4%B1c%C4%B1l-t%C9%99tbiqin%C9%99-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1%C5%9F-edib

