Azərbaycan BMT Baş Assambleyasının Üçüncü Komitəsində din və ya etiqad azadlığı üzrə xüsusi məruzəçinin hesabatına etiraz edib.Bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev bildirib.O qeyd edib ki, hesabatda Azərbaycanın ərazilərinin 30 illik işğalı dövründə dini irsə vurulmuş zərər əks olunmalı idi.İşğal dövründə azı 65 məscid tamamilə dağıdılıb, qəbiristanlıqlar isə təhqir və talana məruz qalıb.Azərbaycan tərəfi xüsusi məruzəçinin sənədləşdirilmiş pozuntulara diqqət yetirməməsini və hesabatda təsdiqlənməmiş məlumatlara yer verməsini tənqid edib. Azərbaycan tərəfi vurğulayıb ki, BMT-nin xüsusi prosedurlar üzrə mandat sahibləri öz fəaliyyətlərini obyektivlik və qərəzsizlik prinsiplərinə uyğun həyata keçirməlidirlər.

