Azərbaycan BMT Baş Assambleyasının komitələrinin iclaslarında dayanıqlı inkişaf, itkin düşmüş uşaqlar və mina təhlükəsi ilə bağlı mövqeyini açıqlayıb.Bildirilib ki, Azərbaycan COP29-a sədrliyi, WUF13-ə ev sahibliyi, humanitar yardım, təhsil və infrastruktur layihələri ilə bu istiqamətdə fəaliyyət göstərir.Digər çıxışda 1990-cı illərin əvvəllərində itkin düşən 4 mindən çox azərbaycanlıdan 71-nin uşaq olduğu qeyd edilib. Onların taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb. Həmçinin mina təhlükəsinin hələ də ciddi problem olduğu, minalar nəticəsində 3,4 mindən çox insanın öldüyü və ya yaralandığı bildirilib.Qeyd olunub ki, “Böyük Qayıdış” proqramı çərçivəsində 2026–2027-ci tədris ilində təxminən 4 min şagird doğma yerlərində təhsil almaq imkanı əldə edəcək.Bundan əlavə, 2026-cı ildə uşaqların hüquqlarının qorunması və müdafiə mexanizmlərinin gücləndirilməsi məqsədilə yeni qanunun qəbul edildiyi diqqətə çatdırılıb.

