Azərbaycan cüdoçusu Okeaniya turnirində qızıl medal qazanıb
Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən açıq Okeaniya turnirində qızıl medal qazanıb. 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Estoniya təmsilçisilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Fətiyev yarışın qalibi olub.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-c%C3%BCdo%C3%A7usu-okeaniya-turnirind%C9%99-q%C4%B1z%C4%B1l-medal-qazan%C4%B1b