Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
Cüdo üzrə Azərbaycan millisinin Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb. Yığma yarışda 12 idmançı ilə təmsil olunacaq. Onlardan 7-si kişi, 5-i qadın cüdoçudur. Martın 1-də start götürəcək “Böyük Dəbilqə”də 69 ölkənin cüdoçusu yarışacaq. Turnirə martın 3-də yekun vurulacaq.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-c%C3%BCdo-millisinin-%E2%80%9Cb%C3%B6y%C3%BCk-d%C9%99bilq%C9%99%E2%80%9D-turniri-%C3%BC%C3%A7%C3%BCn-hey%C9%99ti-a%C3%A7%C4%B1qlan%C4%B1b