Azərbaycan dəniz komandoları beynəlxalq təlimdə iştirak ediblər
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz komandoları Türkiyədə keçirilən “Dəniz qurdu-1” hərbi təlimlərində iştirak ediblər. Yanvarın 7-də başlayan təlim bu gün başa çatıb. Hərbi təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, daha 23 ölkədən olan şəxsi heyət və hərbi attaşelər iştirak ediblər. Təlimlərə 17 min şəxsi heyət qatılıb.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-d%C9%99niz-komandolar%C4%B1-beyn%C9%99lxalq-t%C9%99limd%C9%99-i%C5%9Ftirak-edibl%C9%99r