Azərbaycan-Ermənistan dialoqunda yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə keçirilən “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşündə 6 tematik komitənin yaradılması qərara alınıb.Təşəbbüsün koordinatoru Fərhad Məmmədov bildirib ki, komitələr ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar əməkdaşlıq və media məsələlərini əhatə edəcək. Onların məqsədi iki ölkənin dövlət strukturlarına birgə təkliflər hazırlamaq və fikir ayrılıqlarının aradan qaldırılmasına töhfə verməkdir.Erməni tərəfinin koordinatoru Areq Koçinyan isə dialoqun əsas məqsədinin iki xalqın sülh və qarşılıqlı anlaşma şəraitində yaşaya biləcəyi yeni reallıqlar yaratmaq olduğunu bildirib.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-erm%C9%99nistan-dialoqunda-yeni-%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1q-istiqam%C9%99tl%C9%99ri-m%C3%BCzakir%C9%99-olunub

