Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununda Lixtenşteynlə heç-heçə edib.Millimizin baş məşqçisi Ayxan Abbasov 0:0 hesablı heç-heçəyə görə məsuliyyəti üzərinə götürüb. Mütəxəssis bildirib ki, komanda qələbə qazanmalı olduğu halda epizodlardan istifadə edə və tempi artıra bilməyib. Abbasov nəticədən narazı qalanların haqlı olduğunu deyərək, çıxış yolunun Litva ilə oyunda qələbə qazanmaq olduğunu vurğulayıb.Baş məşqçi növbəti qarşılaşmada heyətdə dəyişikliklərin olacağını və komandanın hazırlığında çətinliklərin yaşanacağını da qeyd edib.Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk isə Azərbaycanla heç-heçəyə görə çox sevindiklərini bildirib.O, komandanın müdafiədə yaxşı oynadığını deyib. Fyunfştyuk həmçinin Lixtenşteynin peşəkar komanda olmadığını və futbolçuların əksəriyyətinin başqa sahələrdə çalışdığını qeyd edib.

