Azərbaycan futzal millisi Rumıniya ilə heç-heçə edib
Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununa çıxıb. V turda Rumıniya ilə qarşılaşan yığma qarşılaşmadan 5:5 hesablı heç-heçə ilə ayrılıb. Bununla həm Azərbaycan, həm də Rumıniya qrupda xallarının sayını 4-ə çatdırıblar. Son turun matçları dekabrın 20-də keçiriləcək. Həmin gün Azərbaycan Niderlandın, Qazaxıstan isə Rumıniyanın qonağı olacaq.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-futzal-millisi-rum%C4%B1niya-il%C9%99-he%C3%A7-he%C3%A7%C9%99-edib