Azərbaycan güləşçiləri dünya çempionatında qızıl və bürünc medal qazanıblar
Azərbaycan yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında 1 qızıl, 1 bürünc medal qazanıblar. Elmir Əliyev finalda rusiyalı rəqibinə 3:2 hesabıyla qalib gələrək qızıl medala sahib çıxıb. Ruslan Nurullayev isə üçüncü yer uğrunda görüşdə ermənistanlı Qaspar Terteryanı 3:1 hesabı ilə üstələyərək bürünc medal əldə edib.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-g%C3%BCl%C9%99%C5%9F%C3%A7il%C9%99ri-d%C3%BCnya-%C3%A7empionat%C4%B1nda-q%C4%B1z%C4%B1l-v%C9%99-b%C3%BCr%C3%BCnc-medal-qazan%C4%B1blar