Azərbaycan güləşçiləri Göygöldə təlim-məşq toplanışındadırlar
Sərbəst güləş üzrə Azərbaycan millisi dünya çempionatına hazırlıq məqsədi ilə Göygöldə təlim-məşq toplanışına başlayıb.Yığma sentyabrın 20-dən Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçir. Oktyabrın 3-dək davam edəcək məşqlərdə əsas diqqət taktiki və texniki hazırlığın təkmilləşdirilməsinə yönəldiləcək.Baş məşqçi Xetaq Qazyumovun rəhbərlik etdiyi heyətdə müxtəlif çəki dərəcələrində 18 güləşçi yer alıb.Dünya çempionatı oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-g%C3%BCl%C9%99%C5%9F%C3%A7il%C9%99ri-g%C3%B6yg%C3%B6ld%C9%99-t%C9%99lim-m%C9%99%C5%9Fq-toplan%C4%B1%C5%9F%C4%B1ndad%C4%B1rlar

