Azərbaycan güləşçiləri Serbiyada dünya çempionatında iştirak edəcəklər
Azərbaycan güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçiriləcək U-23 dünya çempionatında iştirak edəcək. Yarışda ölkəmizi ümumilikdə 27 idmançı təmsil edəcək. Onların arasında yunan-Roma, sərbəst və qadın güləşi üzrə komandalar yer alır. Oktyabrın 20-dən 27-dək keçiriləcək mundialda görüşlər Bakı vaxtı ilə saat 12:00-da, medal qarşılaşmaları isə 20:00-da start götürəcək. Yarışda Azərbaycanı üç hakim də təmsil edəcək.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-g%C3%BCl%C9%99%C5%9F%C3%A7il%C9%99ri-serbiyada-d%C3%BCnya-%C3%A7empionat%C4%B1nda-i%C5%9Ftirak-ed%C9%99c%C9%99kl%C9%99r