Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin müzakirə etdikləri məsələlər açıqlanıb
Bakıda müdafiə naziri Zakir Həsənov, Türkiyənın milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilib. Regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub. Görüşdə hərbi sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Üçtərəfli formatda 10-cu görüşün yekunlarına dair protokol imzalanıb.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-g%C3%BCrc%C3%BCstan-v%C9%99-t%C3%BCrkiy%C9%99-m%C3%BCdafi%C9%99-nazirl%C9%99rinin-m%C3%BCzakir%C9%99-etdikl%C9%99ri-m%C9%99s%C9%99l%C9%99l%C9%99r-a%C3%A7%C4%B1qlan%C4%B1b