Azərbaycan generalları komandoların sərt qış şəraitində hazırlığını izləyib
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev, Quru Qoşunların komandanı Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti komando hərbi hissələrindən birində olublar. Yüksək dağlıq ərazi və sərt qış şəraitində keçirilən döyüş və xüsusi hazırlıq üzrə praktiki məşqlər izlənilib. Komandoların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-generallar%C4%B1-komandolar%C4%B1n-s%C9%99rt-q%C4%B1%C5%9F-%C5%9F%C9%99raitind%C9%99-haz%C4%B1rl%C4%B1%C4%9F%C4%B1n%C4%B1-izl%C9%99yib