Azərbaycan gimnastları beynəlxalq turnirdə qızıl və gümüş medal qazanıblar
Batur gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın Daşkənd şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər. Sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova qızıl medala sahib çıxıblar. Fərhad Mustafayev və Ömər Qasımlı gümüş medalla kifayətləniblər.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-gimnastlar%C4%B1-beyn%C9%99lxalq-turnird%C9%99-q%C4%B1z%C4%B1l-v%C9%99-g%C3%BCm%C3%BC%C5%9F-medal-qazan%C4%B1blar