Azərbaycan hakimləri Avropa çempionatının oyunlarını idarə edəcəklər
Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçisi Gülnurə Əkbərzadə beynəlxalq təyinat alıblar. Ədalət təmsilçiləri 17 yaşadək qadın futbolçular arasında Monteneqroda keçiriləcək Avropa çempionatının ikinci raundunun matçlarını idarə edəcəklər. Onlar ilk olaraq martın 11-də reallaşacaq qarşılaşmada iş başında olacaqlar.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-hakiml%C9%99ri-avropa-%C3%A7empionat%C4%B1n%C4%B1n-oyunlar%C4%B1n%C4%B1-idar%C9%99-ed%C9%99c%C9%99kl%C9%99r