Azərbaycan İcraiyyə Şurasının iclasında UNESCO-nun səmərəliliyinin artırılmasına çağırıb
UNESCO-nun İcraiyyə Şurasının 224-cü sessiyası işinə başlayıb. Sessiyada Azərbaycanın təşkilat yanında daimi nümayəndəsi Elman Abdullayev milli bəyanatla çıxış edib.Bəyanatda şəffaflıq, institusional səmərəlilik və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.Həmçinin Azərbaycan Qrup 77 və Çin, eləcə də Türk Dövlətləri Qrupu adından çıxış edərək çoxtərəflilik və təhsil sahəsində əməkdaşlığa dəstəyini ifadə edib. Qeyd olunub ki, UNESCO tarixində ilk dəfə Türk Dövlətləri Qrupu adından bəyanat səsləndirilib.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-icraiyy%C9%99-%C5%9Furas%C4%B1n%C4%B1n-iclas%C4%B1nda-unesco-nun-s%C9%99m%C9%99r%C9%99liliyinin-art%C4%B1r%C4%B1lmas%C4%B1na-%C3%A7a%C4%9F%C4%B1r%C4%B1b

