Azərbaycan III MDB Oyunlarında daha bir medalı təmin edib
III MDB Oyunlarında qılıncoynatmanın şpaqa növündə çıxış edən Azərbaycan idmançıları Mirxətai Məmmədov və Vahab Fətullayev 1/4 final mərhələsində bir-birilə qarşılaşacaqlar. Bu qarşılaşmanın qalibi yarımfinala yüksələcək və bununla da Azərbaycan ən azı bir medalı artıq təmin edib. Digər qılıncoynadan Oruc Misirzadə isə yarımfinala gedən yolda Nurməhəmməd Muminovla üz-üzə gələcək.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-iii-mdb-oyunlar%C4%B1nda-daha-bir-medal%C4%B1-t%C9%99min-edib

