Azərbaycan ilə Küveyt arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Xarici işlər naziri Ceyhun Bayramov Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Hər iki ölkə arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub. Nazir, qarşı tərəfi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumatlandırılıb, Küveyt tərəfinin prosesdə iştirakı üçün potensial imkanların olduğu qeyd edilib.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-il%C9%99-k%C3%BCveyt-aras%C4%B1nda-%C9%99m%C9%99kda%C5%9Fl%C4%B1q-m%C9%99s%C9%99l%C9%99l%C9%99ri-m%C3%BCzakir%C9%99-olunub