Azərbaycan-İran dövlət sərhədində Astaraçay üzərində avtomobil körpüsünün və modul tipli buraxılış məntəqəsinin açılışı olub
Azərbaycan-İran dövlət sərhədində Astaraçay üzərində avtomobil körpüsünün və modul tipli buraxılış məntəqəsinin açılışı olub. Tikintisi ötən il martın 1-də başlayan, yük nəqliyyat vasitələri üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 97,5 metr, eni 4 metr təşkil edir. Modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri isə cari ilin avqustun 28-də başlayıb və dekabrın 1-də yekunlaşdırılıb.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-iran-d%C3%B6vl%C9%99t-s%C9%99rh%C9%99dind%C9%99-astara%C3%A7ay-%C3%BCz%C9%99rind%C9%99-avtomobil-k%C3%B6rp%C3%BCs%C3%BCn%C3%BCn-v%C9%99-modul-tipli