Azərbaycan Kuboku: II təsnifat mərhələsi başlayıb, "Qarabağ"ın rəqibi bəlli olub
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib. İlk olaraq üç qarşılaşma baş tutub. İrəvan səfərdə "Araz Saatlı"nı 4:1 hesabı ilə məğlub edib. Komanda 1/8 finalda "Kür-Araz" - "Araz-Naxçıvan" cütünün qalibi ilə üz-üzə gələcək. MOİK isə "Cəbrayıl"dan üstün olub - 4:0. Ordu klubu növbəti raundda "Qarabağ"a rəqib olub. II təsnifat mərhələsinin digər matçları 29-30 noyabrda olacaq.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-kuboku-ii-t%C9%99snifat-m%C9%99rh%C9%99l%C9%99si-ba%C5%9Flay%C4%B1b-qaraba%C4%9F%C4%B1n-r%C9%99qibi-b%C9%99lli-olub