Azərbaycan Kubokunun final oyununun Gəncə stadionuna salınmasının səbəbi açıqlanıb
Azərbaycan Kubokunun final oyunu gələn il Gəncədə keçiriləcək.Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov bildirib ki, finalın Gəncə stadionuna salınması ilə bağlı qərarda arenanın infrastrukturu, şəhərin futbol ənənələri və azarkeş marağı nəzərə alınıb.Gəncənin tarixi şəhər olması və stadionun yenidən qurulması da finalın burada keçirilməsini xüsusi edir.Azərbaycan Kubokunun final qarşılaşması 2027-ci il mayın 12-də Gəncə stadionunda keçiriləcək.Qeyd edək ki, bu mövsüm Azərbaycan Kubokunda 34 komanda mübarizə aparacaq.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-kubokunun-final-oyununun-g%C9%99nc%C9%99-stadionuna-sal%C4%B1nmas%C4%B1n%C4%B1n-s%C9%99b%C9%99bi-a%C3%A7%C4%B1qlan%C4%B1b

