Azərbaycan millisi ardıcıl üçüncü dəfə məğlub olub
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası çempionatında keçirdiyi üçüncü oyununda da məğlub olub. Kollektiv bu dəfə Estoniyaya müqavimət göstərə bilməyib-0:3. Çempionat noyabrın 26-dək davam edəcək.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-millisi-ard%C4%B1c%C4%B1l-%C3%BC%C3%A7%C3%BCnc%C3%BC-d%C9%99f%C9%99-m%C9%99%C4%9Flub-olub