Azərbaycan millisi bu gün Fransa yığması ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək. D qrupunda yer alan Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Parisdə Fransa yığması ilə qarşılaşacaq. "Park de Prins" stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-millisi-bu-g%C3%BCn-fransa-y%C4%B1%C4%9Fmas%C4%B1-il%C9%99-qar%C5%9F%C4%B1la%C5%9Facaq