Azərbaycan milli komandası UEFA Millətlər Liqasının yeni mövsümünün ilk oyununda səfərdə Litva ilə qarşılaşıb.Görüş 1:1 hesabı ilə başa çatıb. Millimizin baş məşqçisi Ayxan Abbasov oyundan sonra bildirib ki, komandası Litvaya qarşı yüksək səviyyədə mübarizə aparıb. O, penalti epizodunu şübhəli hesab edib və bildirib ki, hesab bərabərləşəndən sonra Azərbaycan üstünlüyü ələ alıb.Əsas hədəf qrupda birinci yeri tutmaq və D Liqasından yuxarı qalxmaqdır.Litva millisinin baş məşqçisi Edqaras Yankauskas isə Azərbaycan millisinə qalib gələ bilmədikləri üçün təəssüfləndiyini deyib. O, Bakıdakı oyunun qrup liderliyi uğrunda mübarizədə böyük əhəmiyyət daşıdığını bildirib.Azərbaycan millisi qrupdakı növbəti oyununu oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.

