Azərbaycan millisinin dünya çempionatı üçün heyəti məxfi saxlanılır
Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan millisinin heyəti ilə bağlı məxfilik rejimi tətbiq olunur.Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının baş katibi Elşad Kərimov bildirib ki, bu qərar rəqiblər üzərində taktiki üstünlüyün qorunması məqsədi daşıyır. Onun sözlərinə görə, idmançıların hazırlığı və heyət yarışa az qalmış ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, sumo üzrə dünya çempionatı oktyabrın 17-18-də Bakı İdman Sarayında keçiriləcək.
url:
http://kepezfm.az/xeberler/az%C9%99rbaycan-millisinin-d%C3%BCnya-%C3%A7empionat%C4%B1-%C3%BC%C3%A7%C3%BCn-hey%C9%99ti-m%C9%99xfi-saxlan%C4%B1l%C4%B1r

