Azərbaycan millisinin futbolçusu zədə səbəbindən heyətdən çıxarılıb
FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub. "Qarabağ"dan yığmaya cəlb edilən Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb. Millimiz martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun saat 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
url:
http://www.kepezfm.az/xeberler/az%C9%99rbaycan-millisinin-futbol%C3%A7usu-z%C9%99d%C9%99-s%C9%99b%C9%99bind%C9%99n-hey%C9%99td%C9%99n-%C3%A7%C4%B1xar%C4%B1l%C4%B1b